Reklam verin!
Yuma Ailə Jurnalı

Gənc yazar SƏXAVƏT SAHİL

HƏYAT YAŞADIQCA GÖZƏLDİR

Blog Haqqında

sahil
Gənc şair SƏXAVƏT SAHİLin şəxsi WEB səhifəsi. Siz burada gənc yazarın müasir və ənənəvi üslubda yazılmış şeirlərini və düşüncə yazılarını oxuya bilərsiniz. Əəbiyyat və maraqlı xəbərləri bilməklə yanaşi, həmkarlarının WEB səhifəsi olə tanış ola bilərsiniz.

Axtarış

Bölmələr

Arxivlər

Keçidlər

Açar sözlər

Sayqaç

  • İndi blogda: 2
  • Keçən ayın hiti: 82
  • Dünənki hit: 4
  • Bugünki hit: 12
  • Ümumi hit: 1839

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

Ədəbiyyat üzrə Nobel mükafatına ingilis yazıçısı Doris Lessinq layiq görülüb

sahil
Oktyabr 23, 2007 12:54

Bu ali mükafata britaniyalı yazıçı Doris Lessinq layiq görülüb. Mükafatın mümkün laureatları sırasında amerikalı yazıçı Filip Rot, yapon Xaruki Murakami və italyan yazıçı Klaudio Maqrisin adları çəkilsə də, Nobel mükafatı Doris Lessinqə nəsib olub. Qeyd edək ki, ədəbiyyat üzrə Nobel mükafatı 80 dəfə Avropa, 11 dəfə Şimali Amerika, 5 dəfə Asiya, 4 dəfə Afrika, 3 dəfə Latın Amerikası, 1 dəfə Avstraliya qitəsinin təmsilçisinə nəsib olub. Mükafatı almış 104 laureatdan yalnız 11 nəfəri qadındır. Onlardan 24 nəfəri əsərlərini ingilis, 11 nəfəri fransız, 10 nəfəri alman, 6 nəfəri İsveç, 5 nəfəri rus, qalanları başqa dillərdə yaradıblar. Doris Lessinq 1919-cu ildə İranın Kirmanşah şəhərində anadan olub. Altı yaşında ikən gələcək yazıçının ailəsi Zimbabveyə köçüb və Afrika həyatı onun yaradıcılığına mühüm təsir göstərib. 1949-cu ildə Londona köçən yazıçı ədəbi fəaliyyətə məhz bu şəhərdə başlayıb. Onun “Ot oxuyur” adlı ilk əsəri 1950-ci ildə işıq üzü görüb. Doris Lessinqə şöhrət gətirən əsərlər “Zorakılıqdan doğan uşaqlar” seriyasından dərc olunan “Marta Kvest”, “Münasib nikah”, “Tufandan sonrakı ləpə”, “Quru ilə əhatə olunmuş”, “Dörd qapılı şəhər” romanlarıdır. Tənqidçilər yazıçının “Qızıl gündəlik” əsərinin şedevr hesab etsələr də, yazıçı bu əsərin feminist ədəbiyyata aid edilməsi ilə razılaşmır. Qeyd edək ki, Doris Lessinq 1995-ci ildə Harvard Universitetində doktorluq dərəcəsi alıb və 4 il sonra onun adı son minillikdə Şərəf Kavalerləri Ordeninə layiq görülmüş şəxslərin siyahısına daxil edilib. Davamı...
Bookmark and Share

Şərhlər(0)
77 oxunma
Bölməsiz


« Əvvəlki səhifə   Yazılar cəmi: 3   


© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog